İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə Hizbullah hərəkatının hərbi obyektlərinə yeni zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin açıqlamasına görə, “Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” terror qruplaşmasının hədəflərinə zərbələr endirib”.
Mətbuat xidməti hücuma məruz qalan obyektlər arasında “silah anbarları”, “müşahidə məntəqələri” və “hərbi infrastruktur obyektləri”ni qeyd edib. (Tass)