İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın hava məkanını zəbt edərək, şiə silahlı “Hizbullah” hərəkatının böyük forpostunun yerləşdiyi Baalbek şəhərinin kənarına raket zərbələri endirib. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Onun məlumatına görə, raketlər Səhl Ayət bölgəsində şiə birləşmələrinin hərbi obyektinə atılıb. Təcili yardım maşınları oraya yönəldi.
(Tass)