İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərindəki məktəb kompleksinin içərisində yerləşən radikal HƏMAS hərəkatının komanda qərargahına hücum edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidməti qeyd edib ki, zərbə HƏMAS komandanlığının qərargahı daxilindən İsrailə və İsrail hərbçilərinə qarşı “hücumları planlaşdıran və həyata keçirən” terrorçulara qarşı dəqiq idarə olunan hərbi sursatlarla həyata keçirilib. “Həmas sistematik olaraq beynəlxalq hüququ pozur” və “mülki infrastrukturdan” və Qəzza zolağının əhalisindən “terrorçuluq fəaliyyəti üçün” istifadə etməklə fəaliyyət göstərir”, – İsrail ordusu əlavə edib.
Departament bildirib ki, hücumdan əvvəl “dəqiq idarə olunan sursatların istifadəsi” və “havadan müşahidə” daxil olmaqla, “mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün addımlar atıldı”. (Tass)