Qəzza zolağından olan radikallar İsrailə iki raket atıb, onlar İsrail Hərbi Hava Qüvvələri tərəfindən ələ keçirilib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalından İsrail ərazisinə uçan iki raketi ələ keçirib”, – deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, bu atəş nəticəsində İsrailin cənubunda Qəzza zolağına bitişik yaşayış məntəqələrinə hava hücumu həyəcanı elan edilib. (Tass)