İsrailin Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin ərazilərinə silsilə zərbələr endirməsi nəticəsində aralarında qadın və uşaqların da olduğu ən azı 13 fələstinli həlak olub, onlarla insan yaralanıb.
WAFA xəbər agentliyinin məlumatına görə , mərmilər köçkün ailələrinin sığındığı çadıra da düşüb.
Xan Yunis bölgələrinin, o cümlədən Batn əl-Səminin atəşə tutulmasında İsrail pilotsuz təyyarələri də iştirak edib.