İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə gecə zərbələri endirib. Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
“Gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Hayma bölgəsindəki Hizbullah hərbi obyektlərinə hücum edib”, – deyə məlumatda bildirilir.
İsrail Müdafiə Qüvvələri də Livanın cənubunda Odais kəndi yaxınlığında başqa bir hədəfə zərbə endirdiyini bildirib. (Tass)