“The New Yorker” jurnalı üçün bir neçə məqalə yazan fələstinli Mosab Abu Tohanın Qəzza zolağında İsrail hərbçiləri tərəfindən saxlanıldığı iddia edilir.
Onun sözlərinə görə, “ötən həftə sonu İsrail əsgərləri mərkəzi Qəzza bölgəsində Əbu Tohanı saxlayıblar; hazırda onun harada olduğu bilinmir”.
Oktyabr ayında Əbu Toha bu jurnalda bir neçə məqalə dərc edib, o cümlədən İsrailin anklavdakı hava hücumları haqqında. “Məni təqib edən və onu sarsıda bilməyən bir fikir var – mən sadəcə xəbərlərin statistikasına çevriləcəyəmmi?” – The New Yorker müəllifin materiallarından birindən sitat gətirir.
Yazıçının Qəzza zolağında olan həyat yoldaşı və üç övladının olduğu qeyd edilir. (Tass)