İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında radikal HƏMAS hərəkatı anklavda saxlanılan girovları azad edənə qədər əməliyyatını genişləndirəcək. Bu sözləri yəhudi dövlətinin müdafiə naziri İsrael Katz cənub sektorunda Moraq oxuna səfəri zamanı deyib.
“Əgər HƏMAS girovları tezliklə azad etməsə, İD bütün Qəzza zolağında əməliyyata başlayacaq və HƏMAS məğlub olana və bütün girovlar azad edilənə qədər mübarizəni davam etdirəcək”, – İsrailin müdafiə naziri mətbuat xidmətinin yaydığı videomüraciətdə bildirib. Onun fikrincə, Fələstin anklavında “girovların azad edilməsi ilə bağlı sazişin bağlanması ehtimalı hərbi əməliyyatların bərpasından sonra artıb”. Katz əlavə edib ki, İDF “terrorçuları məhv edir, Qəzza zolağında, hətta Moraq oxu kimi hərbçilərin indiyə qədər fəaliyyət göstərmədiyi yerlərdə belə terror obyektlərini müəyyənləşdirir və məhv edir”. (Tass)