İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağına nəzarəti yenidən ələ keçirməsi vəziyyəti qəbuledilməzdir.
“Həmas batalyonlarının sığınacaqlarından çıxması, Qəzzaya nəzarəti geri ələ keçirməsi, hərbi infrastrukturunu yenidən qurması və ölkənin cənubundakı şəhərlərdə ətrafdakı yaşayış məntəqələrində İsrail vətəndaşlarını yenidən təhdid etməsi vəziyyəti qəbul etməyə hazır deyilik”, – Baş Nazirlikdən verilən açıqlamada deyilir. (Tass)