İsrail tərəfi şənbə günü azad edilməli olan girovların siyahısını alıb. Bunu TASS-ın müxbirinə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.
“İsrail tərəfi növbəti mübadilə üçün girovların siyahısını aldı” dedi Gendelman.
İsrailin baş nazirliyi “vasitəçilərin oğurlanmış qadınların şənbə günü azad edilməli olan siyahısını aldığını” bildirərək, “İsrailin cavabının daha sonra veriləcəyini” qeyd edib. (Tass)