Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad edilən 11 israilli girovun vəziyyəti stabildir. Bu barədə“The Times of Israel” qəzeti ölkənin Səhiyyə Nazirliyinə və israillilərin aparıldığı Souraski Tibb Mərkəzinə (İçilov xəstəxanası) istinadən məlumat yayıb.
Nəşr onu da qeyd edir ki, azad edilmiş girovlar artıq ailələrinə qovuşmuşlar.
Bazar ertəsi axşam İsrailin baş naziri Benyamin Netanyahunun ofisi fələstinli radikallar tərəfindən girov saxlanılan 11 israillinin azad edildiyini təsdiqləyib.
Noyabrın 22-də HƏMAS hərəkatı Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqlayıb. Razılaşmalar İsrail həbsxanalarından 150 yeniyetmə (19 yaşa qədər) və qadının azadlığa buraxılması müqabilində anklavda saxlanılan 50 uşaq, yeniyetmə (19 yaşa qədər) və qadının azad edilməsini nəzərdə tutur. Noyabrın 24-də Bakı vaxtı ilə saat 09:00-da atəşkəs qüvvəyə minib və girovların birinci qrupu elə həmin gün azad edilib. İlkin olaraq müqavilədə hər bir əlavə 10 girov qrupunun azad edilməsi üçün bu fasilənin bir gün uzadılması imkanları nəzərdə tutulurdu. (Tass)