İsrailin oğurlanmış və itkin düşmüş şəxslərlə bağlı işləri üzrə koordinatoru Qal Hirş Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi ilə görüşüb və Qəzza zolağında saxlanılan iki girovun azad edilməsində neytral humanitar tərəf kimi iştirakına görə təşkilata minnətdarlığını bildirib. Bu barədə Yəhudi Dövlətinin Baş Nazirinin ofisi məlumat yayıb.
“Oğurlanmış və itkin düşmüş şəxslər üzrə koordinator, ehtiyatda olan briqada generalı Qal Hirş Qızıl Xaç Komitəsinin nümayəndəsi ilə görüşüb. Koordinator şənbə günü axşam iki girovun azad edilməsinin təşkilində iştirakına və bu vəzifəni üzərinə götürdüyünə görə Qırmızı Xaç nümayəndə heyətinə təşəkkür edib ”, – bəyanatda deyilir. (Tass)