İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) pilotsuz təyyarə qərargahına hücum edib.
Bəyanatda deyilir: “İsrail Hərbi Hava Qüvvələri İranın bir neçə bölgəsində onlarla hədəfə növbəti zərbələr endirib. Zərbələrin bir hissəsi olaraq, İsrail Müdafiə Qüvvələri İİKK-nın pilotsuz təyyarələrinin qərargahına hücum edib və İran rejimi oradan İsrailə doğru dronlar buraxıb”.
