İsrailin oktyabrın 26-da İrana endirdiyi zərbə İslam Respublikasının bütün strateji müdafiə potensialını məhv etdi. Bu barədə ordunun “Qalei İDF” radiosu məlumat yayıb.
“Hücum İranın bütün strateji müdafiə imkanlarını məhv etdi, yəni İranın bütün uzun mənzilli zenit raketlərinin iki modeli var: Rusiyanın S-300 kompleksi və İran istehsalı olan digər qabaqcıl model , eləcə də erkən xəbərdarlıq radarları, faktiki olaraq, İranda yalnız yerli istehsal olan qısa mənzilli hava hücumundan müdafiə batareyaları qalıb”, – radiostansiya İsrail ordusundakı mənbələrə istinadən iddia edir.
Bu hesablamalara görə, əsas zərər Tehran və Qərbi İranın müdafiə sistemlərinə dəyib. İsrail ordusu hesab edir ki, “İran yaxın iki-üç il ərzində yer-hava raketləri üçün strateji potensialını itirib”, çünki itirilmiş sistemləri tez bir zamanda əvəz edə bilmir və ya öz analoqlarını tez bir zamanda istehsal edə bilmir. (Tass)