“The New York Times” mənbələrə istinadən xəbər verir ki, İsrail hərbçiləri bəzi İran hərbi komandirləri və nüvə alimlərinin hərəkətlərini təhlükəsizlik qüvvələrinin mobil telefonları vasitəsilə izləməklə onları məhv edə bilib.
Onlar bildiriblər ki, İranın kəşfiyyat aparatı İsrailin Tehranda prezident Məsud Pezeşkian da daxil olmaqla yüksək rütbəli İslam Respublikasının rəsmilərinin yerləşdiyi bunkeri bombalamasından sonra “ciddi təhlükəsizlik qüsuru” aşkar edib. İsrail “diqqətsiz istifadə” və sosial şəbəkələrdəki paylaşımlara görə onları müşayiət edən cangüdənlərin telefonlarını sındıraraq görüşün yerini müəyyən etmişdi.
Qəzet yazır ki, bundan sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei genişmiqyaslı təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizəçilərin sayının artırılması, mobil telefon və messencerlərin, o cümlədən Meta korporasiyasına məxsus WhatsApp-dan istifadənin qadağan edilməsi barədə göstəriş verib. Qeyd olunur ki, respublikanın hakimiyyət orqanları İsrailin beləliklə hərbi komandirlərin və alimlərin hərəkətlərini izləməsindən “çoxdan şübhələnirlər” və indi mühafizəçilər özləri ilə ancaq radio apara bilirlər.
İsrail rəsmiləri həmçinin bildiriblər ki, iranlı nüvə alimləri 2022-ci ilin sonundan nəzarət altındadır və onlara sui-qəsd ehtimalı 2024-cü ilin oktyabrında nəzərdən keçirilir. Bununla belə, Təl-Əviv ABŞ-ın keçmiş prezidenti Co Baydenlə “toqquşmadan qaçmaq” üçün əməliyyatı dayandırıb. Eyni zamanda, İsrail NYT-nin məlumatına görə, “İranın nüvə layihəsində iştirak edən” bildiyi bütün alimlərin sənədlərini nəzərdən keçirirdi ki, onlardan hansına “sui-qəsd tövsiyə edilsin”. (Tass)