Şiə Hizbullah partiyasının silahlı qanadının silahlıları İsrailin şimalındakı yəhudi Ştola qəsəbəsindəki hərbi hədəfə idarə olunan raket zərbələri endirib. Bu barədə qurumun Telegram kanalında yayılan bəyanatında bildirilir. Orada düşmənin birbaşa zərbə nəticəsində itki verdiyi bildirilir.
Al Jadeed telekanalının məlumatına görə , İsrail əsgərləri Livanın cənubundakı 12 yaşayış məntəqəsini artilleriya və tank atəşi ilə cavablandırıb. Pilotsuz uçuş aparatları Hizbullahın Mays əl-Cebeldəki düşərgəsinə zərbələr endirib, bunun nəticələri barədə məlumat verilməyib.
Bundan əvvəl şiə yaraqlıları sərhəd bölgəsində Əl-Mərc və Əl-Malikiya postları yaxınlığında bir qrup İsrail əsgərini atəşə tutduqlarını açıqlamışdı. Onların arasında ölən və yaralananların olduğu iddia edilir. (Tass)