İsrail Livanda hərbi əməliyyatı şiə Hizbullah hərəkatının silahlı birləşmələri üzərində “qələbəyə qədər” davam etdirmək niyyətindədir. Bunu Yəhudi Dövlətinin Xarici İşlər naziri İsrael Katz deyib.
O, X (keçmiş Twitter) hesabında yazıb: “Şimalda atəşkəs olmayacaq. Qələbə və şimal sakinlərinin sağ-salamat evlərinə qayıtmasına qədər Hizbullah terror təşkilatı ilə bütün gücümüzlə mübarizəyə davam edəcəyik”.
Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ABŞ və Fransanın təklifi əsasında Livanda erkən atəşkəsin mümkünlüyü barədə yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, Netanyahu bu təklifə belə cavab verməyib və mümkün atəşkəs və ya zərbələrin intensivliyinin azaldılması ilə bağlı iddialar doğru deyil. Əksinə, baş nazir orduya bütün gücü ilə Hizbullaha qarşı mübarizəni davam etdirməyi tapşırıb. Bundan əlavə, İsrail Qəzza zolağındakı əməliyyatı “bütün müharibə məqsədlərinə çatana qədər” davam etdirəcək”, – deyə ofis bildirib. (Tass)