İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə şəhəri yaxınlığında şiə Hizbullah təşkilatının onlarla hədəfinə hücum edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, vurulan hədəflər arasında Hizbullah silahlı qüvvələrinin komanda məntəqələri, hərbi infrastruktur obyektləri və silah anbarları olub.
Ordunun press-relizinə görə, bu obyektlər “Hizbullah tərəfindən mülki infrastrukturun yaxınlığında yerləşdirilib”. İsrail tərəfinin fikrincə, Hizbullah birləşmələri bununla da “mülki əhalini canlı qalxan kimi istismar edib”. (Tass)