ABŞ, Qətər və Misirin, həmçinin HƏMAS nümayəndələrinin, İsrailin yerli və xarici kəşfiyyat rəhbərlərinin iştirakı ilə Qahirədə keçirilən “Qəzzada atəşkəs və tərəflər arasında qarşılıqlı məhbus mübadiləsi danışıqları”nın tamamlandığı açıqlanıb.
KAN dövlət televiziyasının xəbərinə görə, İsrailin xarici kəşfiyyat təşkilatı Mossad və onun daxili kəşfiyyat təşkilatı Şin-Betdən (Şabak) ibarət nümayəndə heyəti, ABŞ Kəşfiyyat rəhbərləri və Həmas rəsmilərinin iştirak etdiyi danışıqlar başa çatıb.
Xəbərə görə, İsrail nümayəndə heyəti Misirin paytaxtı Qahirədən qayıdıb.
İsrailin münaqişəni müvəqqəti dayandırmaq israrına cavab olaraq “Həmasın İsrailin Qəzzaya hücumlarına son qoyacağı daimi atəşkəs tələbində heç bir dəyişiklik olmadığı” açıqlanıb.
İsrailin hücumu altında Qəzza Zolağında atəşkəsin müzakirəsi üçün nəzərdə tutulan dördtərəfli görüş bu gün Misirin paytaxtı Qahirədə Misir, Qətər, ABŞ və İsrailin iştirakı ilə keçirilib. (Tass)