Oktyabrın 7-dən bu yana 25 mindən çox fələstinlini qətlə yetirən İsraildə “Jerusalem Post” qəzetinin dərc etdiyi xəbər böyük təsir bağışlayıb. Qəzet Türkiyənin Təl-Əvivə qarşı iqtisadi sanksiyalara hazırlaşdığını yazıb və “Sanksiyalar İsrailin Türkiyənin ixrac etdiyi ölkələr siyahısından çıxarılmasını ehtiva edir” deyib. Qəzet bu addımı “strateji addım” kimi qiymətləndirsə də, qərarın prezident Ərdoğanın HƏMAS-a açıq dəstəyindən sonra gəldiyini vurğulayıb.
Sözügedən xəbərdə, “Bu qərar Türkiyənin ticarətə dəstəyi dayandıracağı və İsraillə fəaliyyət göstərən müəssisələrə dəstəyini geri çəkəcəyi anlamına gəlir. Bu, türk iş adamlarına İsrail ilə ticarət etməyi seçsələr, dövlət yardımı görməyəcəkləri ilə bağlı açıq mesaj verir.”