İsrail və Misir rəsmiləri İsrail qüvvələrinin Qəzza zolağının Misirlə sərhədindən mümkün çıxarılmasını təkbətək müzakirə ediblər. Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, bu məsələdə konsensus İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasındakı anklavda “atəşkəs razılaşmasına nail olmaq üçün əsas maneələrdən birini aradan qaldıra bilər”. Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs səyləri ilə bağlı müzakirələr “təcil qazanır”. (Tass)