Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının İsrail ərazisinə hücumları həm onlar, həm də İran üçün ağır nəticələrə səbəb olacaq. Bu xəbərdarlığı İsrailin müdafiə naziri İsrael Katz verib.
“Əgər husilər bizi atəşə tutmağa davam edərsə o zaman İsrail onlara sərt zərbələr endirəcək. İsrail Müdafiə Qüvvələri istənilən missiyaya hazırdır. Mən Husi terror təşkilatını maliyyələşdirən, silahlandıran və nəzarət edən İran rəhbərliyinə də xəbərdarlıq edirəm: proxy nəzarət sistemi bitdi və “şər oxu” sizin üçün məsuliyyət daşıdı. Beyrutda Hizbullaha, Qəzzada HƏMAS-a, Dəməşqdə [keçmiş Suriya prezidenti Bəşər] Əsədə və Yəməndəki husilərə nə etdiksə, Tehranda da sizə qarşı edəcəyik”, – Katz yazıb.
“Biz heç kimin İsrailə zərər vurmasına icazə verməyəcəyik və kim bizə zərər versə, böyük itkilər verəcək”, – deyə İsrail Müdafiə Nazirliyinin rəhbəri davam edib. O, əlavə edib ki, yəhudi dövləti “istənilən təhdid və istənilən düşməndən müstəqil şəkildə özünü müdafiə etməyə qadirdir”. “Bu, keçmişdə çoxsaylı çağırışlar qarşısında doğru olub və gələcəkdə də belə qalacaq” deyib Katz. (Tass)