2006-cı ildən bəri ilk dəfə olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirmək üçün M-270 MLRS-dən istifadə edib. Bu barədə ordunun mətbuat xidmətinin rəsmi Telegram-kanalında dərc olunan bəyanatında deyilir.
“2006-cı ildən bəri ilk dəfə olaraq M-270 MLRS Qəzza zolağında HƏMAS terror təşkilatının hərbi obyektlərinə zərbələr endirmək üçün istifadə edilib. Atışma zamanı yüksək dəqiqlikli uzaqmənzilli “Lans” tipli raketlərdən istifadə edilib”, – deyə məlumatda bildirilir. (Tass)