İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha bir əsgərin öldüyünü təsdiqləyib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Qaliley diviziyasının 869-cu batalyonunda xidmət edən 20 yaşlı çavuş Haim Sabah İsrailin şimalında keçirilən əməliyyat zamanı ölüb.
Bu məlumatları nəzərə alsaq, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri ölən əsgərlərin sayı 269-a çatıb. Mətbuatın məlumatına görə, Fələstin-İsrail münaqişəsinin yeni raundunda həlak olan İsrail əsgərlərinin ümumi sayı 615-ə çatıb. (Tass)