İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib. Bu barədə ordunun mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının hədəflərinə qarşı genişmiqyaslı əməliyyata başlayır. Əlavə təfərrüatlar bundan sonra veriləcək”.
Həmçinin bildirilir ki, “bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri Qəzza zolağında HƏMAS-ın bir sıra hədəflərinə, o cümlədən silah anbarına və hərbi kompleksə hücum ediblər”. “Bundan başqa, İsrailə qarşı terror hücumlarını istiqamətləndirmək üçün istifadə edilən Cebaliyadakı komanda-nəzarət məntəqəsi də hücuma məruz qalıb”, – hərbçilər əlavə edib. (Tass)