İsrail iyunun 13-də münaqişə başlayandan bəri Tehrandakı hərbi obyektlərə ən böyük hücum seriyasını “bir neçə saat əvvəl” başa çatdırıb. Bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Efi Defrin brifinqdə bildirib.
“İD indiyədək Tehranda həyata keçirdiyi ən böyük hücum dalğasını başa vurub və İsrailin diqqətini İran rejiminin daxili təhlükəsizlik aparatının qərargahına və İslam İnqilabı Keşikçiləri Korpusuna zərbələr endirməyə yönəltdi”. (Tass)