İsrail hökuməti BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasına Fələstinin dünya qurumunun daimi üzvü kimi qəbul edilməsi məsələsinə yenidən baxmağı tövsiyə edən qətnaməsini yekdilliklə rədd edib. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
Mətnə görə, hökumətin qətnaməsində üç bənd var: “BMT Baş Assambleyasının Fələstin Milli Administrasiyasının statusunun yüksəldilməsi ilə bağlı 10 may 2024-cü il tarixli qərarının rədd edilməsi və ona adətən BMT-yə üzv dövlətlər üçün ayrılmış əlavə səlahiyyətlərin verilməsi”, “ yuxarıda göstərilən qərarın mübahisəli ərazilərin statusunu dəyişdirmədiyini, heç bir hüququ Fələstin tərəfinə ötürmədiyini və İsrail Dövlətinin və yəhudi xalqının İsrail torpağına olan hüquqlarını azaltmadığını bəyan etmək, yuxarıda qeyd olunan qərarın gələcək danışıqlar üçün əsas yaratmayacağını və sülh yolu ilə həllin əldə olunmasına töhfə verməyəcəyini”- deyə bəyanatda qeyd olunur. (Tass)