İsrailin baş naziri Benyamin Netanyahunun ofisi NBC telekanalının İsrail kabinetinin rəhbəri ilə ABŞ prezidenti Donald Trampın “yüksək tonlu söhbət” etdiklərinə dair xəbərini “tamamilə saxta” adlandırıb.
NBC-nin iddialarına cavab olaraq ofisdən verilən açıqlamada, “Baş nazir Netanyahu ilə prezident Tramp arasında qızğın fikir mübadiləsinin olması barədə xəbər tamamilə yalandır” deyib.
Ynet portalının məlumatına görə , telekanal Amerika və Qərb mənbələrinə istinadən xəbər verir ki, Tramp və Netanyahu daha əvvəl Qəzza zolağında aclıq xəbərlərinin müzakirəsi zamanı “qıcıqlanmış söhbət” ediblər. Netanyahu belə bir şeyin olmadığını izah etməyə çalışdı, lakin bu zaman Tramp onun sözünü kəsdi, bundan sonra söhbət “birtərəfli” oldu, portal NBC-nin iddialarına istinadən xəbər verir. (Tass)