İsrail polisinin mətbuat xidməti baş nazir Benyamin Netanyahuya qarşı təhdidlər yaymaqda şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb.
İdarədən qeyd edilib ki, həbs 433-cü polis xüsusi təyinatlısının kibercinayətkarlıqla mübarizə şöbəsi tərəfindən həyata keçirilib.
Saxlanılan şəxs Telegram-da baş nazirə qarşı “ölüm təhdidləri” yaymaqda şübhəli bilinir, polisin mətbuat xidməti əlavə edib. (Tass)