İsrail polisi hücuma və ya böhrana tez cavab vermək üçün mülki könüllüləri silahlandırmağa başlayacaq. Bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Onun sözlərinə görə, İsrail Polisinin Baş Müfəttişi Kobi Şabtai və Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir “İsrailin bütün şəhərlərində polisin himayəsi altında fəaliyyət göstərən sürətli cavab bölmələri yaratmaq qərarına gəliblər”. “347 yeni bölmə tüfəng və qoruyucu vasitələr alacaq 13,2 min könüllüdən ibarət olacaq”, – agentlik iki departament rəhbərlərinin birgə bəyanatının mətnindən sitat gətirir.
Qeyd olunur ki, İsrail polisi daha əvvəl “sərhəd şəhər və qəsəbələrdə yerləşən 566 yeni mülki sürətli cavab bölməsi” üçün 6 min tüfəng aldığını açıqlamışdı. (Tass)