Fələstinin radikal HƏMAS hərəkatı İsrailin də eyni addımı atacağı təqdirdə atəşkəs razılaşmasının prinsiplərinə əməl edəcək. Bu sözləri hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin “Əl-Cəzirə” telekanalında deyib.
“Biz düşmənin ona hörmət etdiyi müddətcə [atəşkəs] razılaşmasını yerinə yetirmək öhdəliyimizi bir daha təsdiqləyirik”, – deyə Haniyə bildirib.
“Ötən dövr ərzində Misir və Qətərdən olan qardaşlarımız bu razılaşmanın əldə olunması üçün diplomatik sahədə çox böyük səylər göstəriblər. Biz də öz növbəmizdə bu iki ölkəyə dərin təşəkkürümüzü bildirir və onlarla əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bildiririk”. (Tass)