İsrail ordusu Qəzza zolağında müxtəlif hədəflərə sistemli şəkildə zərbələr endirməkdə davam edir. Ordunun mətbuat xidmətinin məlumatına görə, son 24 saat ərzində Fələstin anklavında “100-ə yaxın hədəf” hücuma məruz qalıb.
Ordu bildirir ki, zərbələr “yerdə fəaliyyət göstərən qoşunlara dəstək məqsədilə” həyata keçirilib. Hücum edilən obyektlər arasında raket buraxılış qurğuları, strukturlar, silah anbarları və digər hərbi hədəflər olub.
“İD dinc İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək”, – bəyanatda deyilir. (Tass)