İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minməzdən əvvəl Əl-Şifa xəstəxanası ərazisində aşkar edilən tunelləri və minaları məhv etdiyini bildirib.
“Bu gün səhər saatlarında İDF qoşunları Əl-Şifa xəstəxanasının ərazisində bir sıra yeraltı tunelləri və bir sıra tunel şaftlarını məhv edib”, – ordunun mətbuat xidmətinin bəyanatında deyilir. (Tass)