İsrail Hərbi Hava Qüvvələri Livanın qərbindəki Bekaa vadisinə hava zərbəsi endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hədəf İsrail tərəfinin bildirdiyinə görə, şiə Hizbullah təşkilatının silahlı birləşmələri tərəfindən istifadə edilən “raket qurğuları və silahları olan hərbi obyekt” kimi müəyyən edilib. “Bu obyektdə “Hizbullah” terror təşkilatının fəaliyyəti aşkar edilib”, – ordudan bildirilib.
Bundan əlavə, Livanın cənubunda da zərbələr endirilib, burada hərbi infrastruktur və raket qurğuları da hədəfə alınıb. “Bölgədə silahların olması və Hizbullahın fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasını təşkil edir. İsrail ordusu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək və Hizbullahın terror potensialını bərpa etmək cəhdinin qarşısını alacaq”, – ordu bildirib. (Tass)