İsrail Hərbi Hava Qüvvələri Livan paytaxtının kənarına yeni zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, növbəti silsilə hücumların hədəfi yenə də Dahiya ətrafında yerləşən Hizbullah şiə təşkilatının hədəfləri olub. İsrail tərəfinin fikrincə, qəsdən mülki binalar arasında yerləşən komanda məntəqələri və digər hərbi infrastruktur obyektləri bombalanıb.
Ordu bildirib ki, zərbələrdən əvvəl hərbçilər mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün “çoxsaylı tədbirlər” görüblər.