İsrail ordusunun ehtiyatda olan hərbçiləri Livanla sərhəddə bölgədə gərginliyin artması fonunda döyüş hazırlığının artırılması səyləri çərçivəsində intensiv təlim keçirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Son bir həftə ərzində Şimal Komandanlığı şimal sərhədində döyüş əməliyyatlarına hazırlığın artırılması məqsədilə intensiv təlimlər keçirib.Şimal cəbhəsində ehtiyat batalyonların son təlim proqramları çərçivəsində Şimal Hava Desant Briqadasının (226-cı Briqada) əsgərləri və döyüş Mühəndis qoşunları təlim-məşq toplanışı keçirib”, – məlumatda deyilir. O, həmçinin aydınlaşdırıb ki, təlimlər qoşunları “sıx məskunlaşan şəhər ərazilərində, qış hava şəraitində və şimal ərazilərdə döyüşə” hazırlayıb.
Mətbuat xidməti əlavə edib ki, təlimlərdə tanklar, mühəndis-döyüş bölmələri, piyada və artilleriya birləşmələrinin tətbiqi birləşdirilib. (Tass)