İsrail Müdafiə Qüvvələri (IDF) qırıcıları Livandakı Hizbullahın onlarla hərbi obyektinə, o cümlədən raket obyektlərinə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İDF döyüşçüləri [Livanda] Vadi Saluki bölgəsində “Hizbullah”ın onlarla terror obyektini, o cümlədən raket obyektləri, hərbi obyektlər və terror infrastrukturu obyektlərini vurdular”, – deyə hesabatda bildirilir. (Tass)