İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İsrail hərbçiləri Qəzzadakı Əl-Şifa xəstəxanasına 6 min litr su və 2,3 ton ərzaq köçürüb.
“IDF əsgərləri Qəzza Zolağının Koordinasiya və Əlaqə Bürosu vasitəsilə Əl-Şifa xəstəxanasına 6 min litrdən çox su və 2,3 min kq-dan çox ərzaq çatdırıblar. Çatdırılma İDF-nin xəstəxanda terror aşkarlanması və basdırılması üzrə fəaliyyətlərinə paralel olaraq həyata keçirilib.”, – mesajda deyilir.
Ordu bir daha bəyan edib ki, “İD bu səhər Əl-Şifa xəstəxanasının direktorunun xəstəxanada olan və təhlükəsiz marşrutla təxliyyə etmək istəyən qəzzalılara əlavə imkan yaradılması xahişini təmin edib”.
Şənbə günü səhər saatlarında hərbçilər Əl-Şifa Xəstəxanasından “heç bir mərhələdə xəstələrin və ya tibbi qrupların evakuasiyası əmri vermədiyini” söyləyib. (Tass)