İsrail Müdafiə Qüvvələri Qəzza zolağından İsrailin ərazi sularına girməyə cəhd edən Fələstinin HƏMAS radikal təşkilatının beş gəmisinə zərbələr endirib.
“Ötən gecə İsrail sularına girməyə cəhd edən HƏMAS terror təşkilatının beş gəmisi İsrail ordusuna məxsus raket gəmisi tərəfindən dayandırılıb”, – deyə ordunun mətbuat xidməti məlumat yayıb. (Tass)