İsrail ordusu Beyrut ərazisində Hizbullah şiə təşkilatının hədəflərinə növbəti silsilə hücumların tamamlandığını açıqlayıb. Ordunun mətbuat xidmətinin məlumatına görə, ümumilikdə iki gün ərzində Livan paytaxtının yaxınlığında Hizbullahın 30-dan çox hədəfinə hücum edilib.
Onun sözlərinə görə, zərbələr əsasən Hizbullahın yerləşdiyi Beyrutun ətrafı Dahiya bölgəsinə endirilib. Vurulan hədəflər arasında şiə təşkilatının komanda məntəqələri, silah anbarları və digər hərbi infrastruktur obyektləri olub.
İsrail tərəfinin bildirdiyinə görə, Hizbullahın bu obyektləri qəsdən mülki binalar arasında yerləşdirilib. Ordu yerli mülki əhalinin zərər görməməsi üçün hava hücumlarından əvvəl əlavə tədbirlər görüldüyünə əmin olub. “Bu zərbələr İsrail ordusunun Hizbullahın hərbi imkanlarını aradan qaldırmaq və zəiflətmək üzrə davam edən səylərinin bir hissəsi olub. İsrail ordusu Dahiya bölgəsindəki Hizbullah terrorçularının hədəflərinə hücumlarını davam etdirir”, – bəyanatda deyilir. (Tass)