İsrail hərbçiləri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 15 fələstinlini saxlayıb, onlardan 6-sı Qəzza zolağında hökmranlıq edən Həmas hərəkatının tərəfdarıdır. Bu barədə özünün X sosial şəbəkəsindəki səhifəsində (“x”, keçmiş Twitter) İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həqari məlumat verib.
“Yudeya və Samariya ərazisində (İsrailin İordan çayının qərb sahili üçün təyinatı – TASS qeydi) təhlükəsizlik qüvvələri axtarışda olan 15 şəxsi saxlayıb, onlardan altısı HƏMAS terror təşkilatının tərəfdarıdır”, – ordu sözçüsü yazıb.
Həcəri əlavə edib ki, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 950-si Həmas tərəfdarı olmaqla, 1570 fələstinlini həbs edib.