İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində antiterror reydləri zamanı bazar ertəsi gecə axtarışda olan 20 fələstinlini saxlayıb ki, onlardan 15-i Qəzza zolağında hakim HƏMAS hərəkatının tərəfdarlarıdır. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Gecə saatlarında Yəhudeya və Samariyada (İsrailin İordan çayının qərb sahili üçün təyinatı – TASS) axtarışda olan 20 şübhəli saxlanılıb, onlardan 15-i HƏMAS terror təşkilatının tərəfdarıdır”, – məlumatda deyilir. (Tass)