İsrail hərbçiləri İordan çayının qərb sahilində antiterror əməliyyatı zamanı Fələstinin HƏMAS radikal təşkilatının 29 silahlısını saxlayıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Terrorizmə və HƏMAS terror təşkilatına qarşı mübarizə çərçivəsində Yəhudeya və Samariya (İsrailin İordan çayının qərb sahili üçün təyinatı – TASS) regionunda aparılan genişmiqyaslı əməliyyat nəticəsində, o cümlədən İordaniya vadisində HƏMAS terror təşkilatının 29 silahlısı saxlanılıb”, – deyə məlumatda bildirilir.
Ordunun mətbuat xidmətinin məlumatına görə, həbslər bütün gecə və səhər saatlarına kimi İordan çayının qərb sahilində bir çox məntəqədə aparılıb. Ordunun bildirdiyinə görə, ümumilikdə, HƏMAS yaraqlılarından əlavə, axtarışda olan 41 nəfər saxlanılıb. Bundan əlavə, İsrail təhlükəsizlik qüvvələri bu basqınlar zamanı silah və sursat ələ keçirib.