İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 15 nəfəri saxlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, hərbçilər xüsusilə İordan çayının qərb sahilindəki Nur Şəms fələstinli qaçqın düşərgəsində 15 saatlıq anti-terror əməliyyatı keçirib, orada çoxlu sayda partlayıcı maddə aşkar edilərək ələ keçirilib, bir neçə yol kənarına yerləşdirilən bomba və bomba yüklü avtomobil aşkarlanıb və zərərsizləşdirilib. Ordu departamenti bildirib ki, bütün məhbuslar əlavə araşdırma üçün yəhudi dövlətinin təhlükəsizlik xidmətlərinə təhvil verilib. (Tass)