İsrail ordusu İranın nüvə proqramını pozmağa yönəlmiş əməliyyatlarını davam etdirəcək. Bunu yəhudi dövlətinin müdafiə naziri İsrael Kats İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi ilk zərbələrdən sonra deyib.
Ynet portalının məlumatına görə, “IDF İranın nüvə proqramını pozmaq və İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq məqsədi daşıyan əməliyyatlarını davam etdirəcək. İran təcavüzkar fəaliyyətini davam etdirdiyi müddətcə getdikcə daha yüksək qiymət ödəyəcək” deyib.
Katz həmçinin İrana zərbələrin ilk dalğası zamanı hərbçilərin hərəkətlərini yüksək qiymətləndirib. “İsrailin məhv edilməsi planının hazırlanmasında iştirak etmiş İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinə, İran ordusuna və nüvə alimlərinə dəqiq zərbə güclü və aydın mesaj verir – İsraili məhv etmək üçün addım atan hər kəs məhv ediləcək”, – nazir deyib.