İsrail Müdafiə Qüvvələri (IDF) Hərbi Hava Qüvvələri İranın qərbində müxtəlif növ raketlərin saxlandığı yeraltı obyektə zərbələr endirib, ordunun mətbuat xidməti bildirib.
“İsrail Müdafiə Qüvvələri İranın qərbində yer-yer və qanadlı raketlərin saxlanması və buraxılması üçün yeraltı obyektə hücum edib”, – bəyanatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, yeraltı obyekt İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən hücuma məruz qalıb. İsrail ordusunun sözlərinə görə, bura “yer-yer və qanadlı raketlərin yerləşdiyi tunellər” və “çoxsaylı buraxılış siloları” daxildir.