İsrail Müdafiə Qüvvələri (IDF) Livana da cavab zərbələri endirir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) “İDF artilleriyası hazırda Livanda bir neçə dəqiqə əvvəl İsrail ərazisinə atəş açılan ərazini hədəfə alır” deyilir.
İsrail Ordusu “bütün ssenarilərə” hazır olduğunu bəyan edib və Silahlı Qüvvələr “İsrail Dövlətinin sakinlərinin təhlükəsizliyini qorumağa” davam edəcək. (Tass)