İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti hərbçilərin Livan səmasında İsrailin pilotsuz uçuş aparatına (PUA) atdığı yer-hava raketini ələ keçirdiyini bildirib.
“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Livan ərazisi üzərində İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-ya atılan “yer-hava” tipli raketi uğurla ələ keçirdi. PUA zədələnməyib və uçuşunu davam etdirib”, – məlumatda deyilir.
“Raket İsrail ərazisinə uçmayıb”, – mətbuat xidməti əlavə edib. (Tass)