İsrail Hərbi Hava Qüvvələri günün əvvəlindən Livandakı şiə Hizbullah hərəkatının hədəflərinə ikinci zərbə dalğasını tamamlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, zərbələr Livanın şərqindəki Bekaa vadisində, eləcə də bu ölkənin cənubundakı bir neçə bölgədəki hədəflərə endirilib. “Hücum edilən hədəflər arasında silahların saxlandığı binalar, komanda mərkəzləri və digər terror infrastrukturları olub”, – hesabatda deyilir.
Hava hücumları zamanı İsrail hərbçiləri ikinci dərəcəli partlayışlar qeydə alıblar ki, bu da ordunun fikrincə, “bu binalarda çoxlu silah-sursat saxlandığını göstərir”.
“İsrail Müdafiə Qüvvələri Hizbullahın imkanlarını və terror infrastrukturunu zəiflətmək və məhv etmək üçün fəaliyyətini davam etdirəcək”, – mətbuat xidməti bildirib. (Tass)