Son 24 saat ərzində İsrail aviasiyası və artilleriyası Livanda “Hizbullah” şiə təşkilatı ilə əlaqəli 200-ə yaxın obyektə hücum edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, hücuma məruz qalan hədəflər arasında “Livan və Suriya sərhədində silahların saxlanıldığı yeraltı obyekt”, eləcə də cənubda və Livanın dərinliklərində “onlarla reaktiv yaylım atəşi sistemi və yer-yer raketləri” olub. (Tass)